Həbsdən çıxan Manaf Ağayevlə bağlı İLK AÇIQLAMA
15 sutkalıq həbsi başa çatan müğənni Manaf Ağayev dünən gecə saatlarında azadlığa çıxıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Lent.az-a ifaçının oğlu Müşfiq Ağayev deyib:
“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.
Mövzu ilə əlaqədar oxuyun:
“Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm” - Manaf Ağayevdən açıqlama
“AA” seriyalı avtomobil nömrələri ancaq dövlət qurumlarına verilir? - Araşdırma
Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: Əfv olunmasını xahiş edirik