Manaf Ağayev saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Manaf Ağayev saxlanılıb

09:21 - 18 / 02 / 2022
Manaf Ağayev saxlanılıb

Müğənni Manaf Ağayev saxlanılıb.

1news.az xəbər verir ki, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.

İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş yayılıb.

Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

“Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan Nizami Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır.

Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər