Tərtərdə silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə silah-sursat aşkar edilib

Qafar Ağayev10:38 - 07 / 03 / 2022
Tərtərdə silah-sursat aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinə məxsus tərk edilmiş silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən 1news.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib. Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər