Oskar mükafatının qalibləri açıqlanıb | 1news.az | Xəbərlər
Mədəniyyət

Oskar mükafatının qalibləri açıqlanıb

09:23 - 28 / 03 / 2022
Oskar mükafatının qalibləri açıqlanıb

Oskar mükafatının qalibləri açıqlanıb.

Fransız-Kanada rejissoru Denis Villeneuvenin "Dune" fantastika filmi texniki kateqoriyalar üzrə dörd "Oskar" mükafatı alıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının yaydığı bəyanatda deyilir.

Bu il bəzi qaliblər əsas mərasimdən əvvəl elan edilib. "Dune" ən yaxşı səs, ən yaxşı montaj, ən yaxşı saundtrek və ən yaxşı quruluşçu-rəssam nominasiyalarında mükafat qazanıb.

Həmçinin aşağıdakı kateqoriyalar üzrə "Oskar" qalibləri açıqlanıb:

ən yaxşı qısametrajlı sənədli film - "Basketbol kraliçası" (The Queen of Basketball, 2021), ən yaxşı qısametrajlı animasiya filmi - "Şüşəsilən" (The Windshield Wiper, 2021), ən yaxşı qısametrajlı film - "Uzun çəkən vidalaşma" (The Long Goodbye, 2020), ən yaxşı qrim və saç düzümü - "Temmi Feyin gözləri" (The Eyes of Tammy Faye, 2021).

Ariana DeBos "Vest Sayd əhvalatı" (West Side Story) filminə görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Oskar" mükafatını qazanıb.

Aktrisa myuziklda əsas qadın obrazlarından birini canlandırıb. Film ötən əsrin 50-ci illərində Nyu-Yorkda iki qruplaşma arasındakı qarşıdrumadan bəhs edir.

Mükafat uğrunda mübarizədə aktrisa Cudi Denç ("Belfast"), Aunjanue Ellisi ("Kral Riçard"), Kirsten Danst ("Köpəyin gücü"), Cessi Bakli ("İtmiş qız") kimi həmkarlarını qabaqlayıb.

"Disney"-in "Encanto" cizgi filmi (2021) Ən Yaxşı Animasiya Filmi nominasiyasında "Oskar" mükafatını qazanıb.

Mükafat uğrunda həmçinin Luka (Luca, 2021), Raya və Son Əjdaha (Raya and the Last Dragon, 2021), Mitçellər maşınlara qarşı (The Mitchells vs the Machines 2020) və "Qaçış" (Flugt, 2021) cizgi filmləri mübarizə aparıb.

Aktyor Troy Kotzur Şanq Haderin rejissoru olduğu "CODA: Kar valideynlərin övladı" (CODA, 2020) filminə görə Ən Yaxşı ikinci plan kişi rolu nominasiyasında "Oskar" mükafatını qazanıb.

Komik drama janrında çəkilən filmdə ailədə yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızdan bəhs edilir. Eşitmə və danışma qüsurlu Kotzur filmdə baş qəhrəmanın atası obrazını canlandırıb.

Eyni nominasiyada "Oskar" uğrunda Kiran Haynds ("Belfast"), Cessi Plemons və Kodi-Smitt Makfi (hər ikisi "Köpəyin gücü") və Conatan Simmons ("Rikardonun rolunda") mübarizə aparıblar.

Bundan əlavə, ən yaxşı xarici film nominasiyasında yaponiyalı rejissor Ryusuke Xamaqutinin "Avtomobilimin sükanı arxasına əyləş" filmi qalib seçilib.

1news.az

Paylaş:
769

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər