Bu gün 48 nəfər COVID-19-a yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 48 nəfər COVID-19-a yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:44 - 29 / 03 / 2022
Bu gün 48 nəfər COVID-19-a yoluxub – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9 687 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 4 481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.


Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər