“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

S.Xankişiyeva15:03 - 04 / 04 / 2022
“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindən ümumilikdə 287 startap Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün innovativ layihələrini təqdim ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu ilin 26 – 28 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin qeydiyyat prosesi yekunlaşıb.

Ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.

İnnovativ layihələrin kateqoriyalarına gəlincə, təhsil sahəsində 43, “Fintech” üzrə 26, səhiyyə üzrə 30, “Ağıllı şəhər” üzrə 20, nəqliyyat və logistika üzrə 20, infrastruktur və təhlükəsizlik üzrə 11, əyləncə üzrə 14, sosial sahə üzrə 28, “Media&Ads” üzrə 6 və digər sahələr üzrə 89 təklif təqdim edilib.

Təqdim edilmiş layihələrin 14-ü ideya, 76-sı prototip (məhsulun ilkin nümunəsi), 126-sı MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və 71-i böyük sərmayələrin cəlb edilməsi mərhələsindədir.

Müsabiqənin şərtlərinə əsasən MVP-yə malik olan startaplar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Ən azı 35-i yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

İlkin təsnifatlandırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq. Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Paylaş:
310

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər