Qarabağ və Şərqi Zəngəzurda tikintilərə dair inzibati xətalara görə protokol tətbiq edəcək şəxslər müəyyənləşib | 1news.az | Xəbərlər
Rəsmi

Qarabağ və Şərqi Zəngəzurda tikintilərə dair inzibati xətalara görə protokol tətbiq edəcək şəxslər müəyyənləşib

15:30 - 05 / 04 / 2022
Qarabağ və Şərqi Zəngəzurda tikintilərə dair inzibati xətalara görə protokol tətbiq edəcək şəxslər müəyyənləşib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə inzibati xətalar haqqında işlərə üzrə protokol tətbiq etmək səlahiyyətində olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.

1news.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində aşkar edilmiş inzibati xətalar haqqında işlər üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tətbiq etmək səlahiyyətində olacaq.

1news.az

Paylaş:
250

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər