“Azərsu”nun Zəng Mərkəzinin işində fasilə yaranacaq
Rabitə sistemində texniki təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar sabah saat 10:30-dan etibarən bir neçə saat müddətinə "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumdan bildirilib.
Məlumata görə, profilaktika müddətində səhmdar cəmiyyətinin İdarə Aparatının (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67) stasionar telefon nömrələri də zəngləri qəbul etməyəcək.
Bu müddətdə vətəndaşlar içməli və tullantı su xidmətləri ilə bağlı müraciətlərini yerli sukanal idarələrinə ünvanlaya bilərlər.
Sukanal idarələri |
Telefon nömrələri |
Sabunçu Rayon Sukanal İdarəsi |
(012) 425-53-50 |
Suraxanı Rayon Sukanal İdarəsi |
(012) 477-48-61 |
Xəzər Rayon Sukanal İdarəsi |
(012) 459-94-65 |
Nizami Rayon Sukanal İdarəsi |
(012) 421-39-17 |
Nəsimi Rayon Sukanal İdarəsi |
(012) 530-44-06 |
Səbail Rayon Sukanal İdarəsi |
(012) 502-46-99 (012) 502-46-33 |
Yasamal Rayon Sukanal İdarəsi |
(012) 530-44-07 |
Xətai Rayon Sukanal İdarəsi |
(012) 371-65-42 (012) 371-65-36 |
Nərimanov Rayon Sukanal İdarəsi |
(012) 493-12-28 |
Binəqədi Rayon Sukanal İdarəsi |
(012) 562-14-17 (055) 215-87-59 |
Qaradağ Rayon Sukanal İdarəsi |
(012) 445-92-59 |
Pirallahı Rayon Sukanal İdarəsi |
(012) 556-59-30 (012) 565-44-08 |
Abşeron Sukanal İdarəsi |
(012) 342-11-29 |
Bağlar Sukanal İdarəsi |
(012) 348-42-60/70 |
Sumqayıt Sukanal İdarəsi |
(018) 65-5-62-40 |
Eyni zamanda (+99455) 209-95-59 votsap nömrəsi, eləcə də facebook.com şəbəkəsi üzərindən müraciətləri ünvanlamaq mümkündür.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.