Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-in Twitter hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, - məlumatda deyilir.
560