Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib – VİDEO

S.Xankişiyeva11:57 - 21 / 04 / 2022
Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının azərbaycanlılara aid olduğu sübut edilib – VİDEO

Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyadan məlumat verilib.

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilmişdir.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilmişdir.

Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.

Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Mövzu ilə əlaqədar oxuyun:

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI

Fərrux müəmması: ermənilərin başqa hansı dəhşətli cinayətləri üzə çıxacaq? – TƏHLİL

Paylaş:
390

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər