Fərrux müəmması: ermənilərin başqa hansı dəhşətli cinayətləri üzə çıxacaq? – TƏHLİL
Məlum olduğu kimi, martın 29-da Azərbaycan Ordusunun hərbçiləri Xocalı rayonunun Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb.
Qalıqların Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aid olduğu güman olunur.
Ermənilərin necə qəddar, qaniçən millət olduğunu bizdən yaxşı kimsə bilməz. Xalqımıza qarşı dəfələrlə soyqırımları, kütləvi qırğınlar törədən erməni caniləri on minlərlə günhsız insanı ən dəhşətli üsullarla qətlə yetiriblər. 1918-ci ilin Mart soyqırımından qalan Qubadakı kütləvi məzarlıq dediklərimizin bariz nümunəsidir.
Heç kəsə sirr deyil ki, ermənilər bu günə qədər azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar, soyqırımları törədiblər. Təsadüfi deyil ki, azad edilən torpaqlarımızda aparılan mühəndis-inşaat işləri zamanı dəfələrlə insan qalıqlarına rast gəlinib.
Xatırladaq ki, Xocalı rayonunun Fərrux kəndindən əvvəl, bu ayın fevral ayında Xocavəndin Edilli kəndində də kütləvi məzarlıq aşkarlanmışdı. Həmin məzarlıqda Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin dəfn olunduğu güman edilir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “tvitter” hesabında azərbaycanlıların Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşımında Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
Araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur. Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.
Milli Məclisin deputatı Elman Məmmədov da Fərrux kəndində tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən vəhşicəsinə öldürülən soydaşlarımıza aid olduğunu düşünür:
“Təbii ki, erməni vandalları öldürdükləri insanları normal şəkildə dəfn edəsi deyildilər, yəni insanlarımızı kütləvi qaydada torpağa basdırararaq, sadəcə üstünü örtüblər. Qeyd edim ki, o dövrdə Fərrux ətrafında da xeyli müddət döyüşlər gedib və orada da şəhid olan insanlarımız olub. O vaxtlar ermənilər əsirlikdə olan insanlarımızı müəyyən beynəlxalq qurumların nəzarətindən yayındırmaq üçün gizlədirlər. Çünki Azərbaycan tərəfi olaraq biz vaxtaşırı insanlarımızın taleyi ilə bağlı beynəlxalq qurumlara müraciət edirdik.
Qırmızı Xaç Komitəsi kimi başqa qurumlar da tez-tez həbsxanalara baş çəkirdilər. Lakin bizim insanlarımızı onların diqqətindən yayındırmaq üçün ermənilər min bir bəhanəyə əl atırdılar. Bizim əsirlikdən gələn insanlarımız özləri də bu barədə məlumat verirdilər ki, onları müxtəlif ucqar erməni kəndlərinə paylaşdırırdılar. Yəni, qul əməyi kimi onların əməyindən istifadə edirdilər, əməyini istismar edirdilər. Təbii ki, həmin vətəndaşlarımızın da indi Fərruxda qalıqları olacaq. Yəqin ki, müəyyən araşdırmalar, müayinələr aparıldıqdan, insanların DNT-ləri götürüldükdən sonra şəxsiyyətləri müəyyən olunacaq”.
Aparılan araşdırmalar və şahid ifadələri ilə sübut edilib ki, Birinci Qarabağ müharibəsində ermənilər ən ağlagəlməz üsullarla günahsız insanlara işgəncələr veriblər. Məsələn, əsir, girov götürülən mülki şəxslərin qarın nahiyələrini kəsib içərisinə daş-çınqıl doldurublar. Sonradan meyitləri yığıb üzərinə benzin tökərək yandırıblar. Baş dərisinin soyulması, gözlərin çıxarılması, insanların hərbi texnikanın tırtılları altında əzilməsi, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlının başının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa fərq qoymadan hamıya işgəncə verilməsi, qadınların döşlərinin kəsilməsi və digər insanlığa zidd, vəhşi üsullarla cinayətlərin törədilməsi ermənilər üçün adi hal olub. Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Əsir və girovların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi təcrübəsindən geniş istifadə olunub. Kütləvi şəkildə qətlə yetirilənlər elə kütləvi məzarlıqlarda basdırılıb və izlər itirilib.
Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və ermənilər hələ də onlar haqqında məlumat verməkdən imtina edir. Halbuki, bu, ermənilərin hüquqi öhdəliyidir.
Məlumdur ki, ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanl birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib. Eyni zamanda, Şarl Mişelin adından yayılan bəyanatda daha bir mühüm məqam o oldu ki, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
Bunun ardınca cari il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Müzakirələr zamanı prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət ayırıb. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Erməni tərəfi həmin şəxslərlə bağlı müvafiq məlumatların təqdim ediləcəyini bildirsə də, hələ də buna əməl etmir.
Fevralın 23-də Moskvada TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də prezident İlham Əliyev itkin düşən soydaşlarımızla bağlı məsələyə toxunub:
“İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.
Zaman keçdikcə kütləvi məzarlıqların digər ərazilərdə də aşkarlanacağı şübhəsizdir. Əminliklə söyləmək olar ki, bütün bu kütləvi məzarlıqlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsidir.
Bu faktlar bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hər tapılan kütləvi məzarlıq Ermənistanın ayaqlar altında sürünən beynəlxalq nüfuzuna yeni bir zərbə olacaq.
1news.az