“Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb - FOTO

Qafar Ağayev08:59 - 29 / 04 / 2022
“Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb - FOTO

"Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun:

Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən ərazidə olub - VİDEO

FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb - VİDEO

Sumqayıtdakı yanğınla bağlı cinayət işi açılıb

TƏBİB: Yanğınsöndürənin həyati təhlükəsi yoxdur

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər