2022-ci ilin yayın ən dəbli gün eynəklərini tapdıq

Böyük həndəsi modellərdən tutmuş rəngli çərçivəli plastiklərə qədər, 2022-ci ilin yayı üçün mükəmməl gün eynəklərini Umico Market-də axtarın.
Ən yaxşı xəbər isə odur ki, ay ərzində 50%-ə qədər endirimlə ala bilərsiniz.
Yaya bir neçə həftə qalıb, amma artıq isti günlərdən və parlaq günəşə eynəklərlə baxmaqdan həzz almaq əhval-ruhiyyəsi var. Məlumdur ki, bu aksesuar ultrabənövşəyi şüaların təsirindən qorunmaq üçün ilk növbədə yüksək keyfiyyətli olmalıdır. Amma yayda biz təsvirimizi dəbli eynəklərlə tamamlamaq istəyirik. Bu mövsüm hansı modellərin trenddə olduğunu sizə xəbər veririk.
Klassik Wayfarer-lər
Wayfarer dünyanın ən məşhur modellərindən biridir. Qara buynuz çərçivəli trapesiodal eynəklər hələ də eynək modasında klassikadir. Sadə plastik çərçivəni taxmaq rahatdır, parlaq dizayn isə demək olar ki, bütün üz tiplərinə uyğun gəlir. Xiaomi modeli parlaq işıqdan yaxşı qoruyan davamlı materialdan hazırlanmışdır.
Qadın günəş eynəkləri Xiaomi Mi Polarized Explorer
Pişik gözü
Ən zərif modellərindən biridir. Yarım əsrdən çox əvvəl Merilin Monro bu eynəklər üçün moda təyin etdi: "Milyonçu ilə necə evlənmək olar" filminin qəhrəmanı bu çərçivəni taxırdı. Bu model bu gün də trenddədir - dəyişən sadəcə şüşə və çərçivələrin rəngi və ölçüləridir. Bu il həcmli eynəklər dəbdədir. Həmçinin, müxtəlif rəngləri sınaqdan keçirməyə çalışın, misal üçün, Legion-dan aktual bej-qızılı rəngi.
2000-ci illərin üslubunda
Parlaq və yüngül görünüşlər rəngli linzalar olan günəş eynəkləri ilə tamamlana bilər. Belə bir model çərçivəsiz və ya idman üslubunda olmalıdır. Aksessuar romantik bluzlar və ya parlaq paltarlarla əla görünəcək. Yeri gəlmişkən, Polar brendində mövsümün ən dəbli modellərini tapa bilərsiniz. Şirkətin 25 yaşı var və bütün bu müddət ərzində eynək istehsal edib. Stil, keyfiyyət və qiymətin mükəmməl birləşməsi.
Trapesoidal
Trapesoidal eynəklər hər hansı istənilən üz tipi üçün uyğundur: onlar yumru üzü daha kəskin, uzadılmış edəcəklər, üçbucaq üzü isə tarazlaşdıracaq və yumşaldacaq. Rəngi, Aqua di Polo modelində olduğu kimi klassik qara seçirlər. Onların forması artıq özlüyündə vurğuludur, buna görə də təsviri parlaq çalarlarla yükləməyin.
Rəngli uzadılmış
Bu forma oval və kvadrat üz forması olan qızlar üçün uyğundur. Həcmli eynəklər rəngli linzalar və şəffaf çərçivələrlə daha səliqəli görünəcək. Bütün trendlər bu Polar modelindədir!
Həcmli eynək
Eynək-maska, vintaj və ya futuristik üslubda, onu rahatlıqla qarderobunuza əlavə edə bilərsiniz. Bu yay dəbli eynəklər üzünüzün çox hissəsini örtməlidir. Müsbət tərəfi, onlarda mimik qırışların yaranmasından qətiliklə narahat olmamağınızdır. Xoş xəbər - hazırda Versace, Chanel, Gucci, Cartier, Dior kimi məşhur brendlərin eynəklərini Umico Market-də 50%-ə qədər endirimlə almaq olar.
Bu yayın ən dəbli eynəklərini Umico Market-də seçin
Reklam hüququnda