Nəsimi rayonunda qeyri-qanuni parklanma yeri sökülür - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda qeyri-qanuni parklanma yeri sökülür - FOTO

Qafar Ağayev17:01 - 07 / 06 / 2022
Nəsimi rayonunda qeyri-qanuni parklanma yeri sökülür - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

1news.az Trend-ə istinadən xəbər verir ki, hazırda həmin ərazidə yerləşən qeyri-qanuni parklanma yeri sökülür.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Həmçinin baxın: Bülbül prospektində ağacların kəsilərək parklanma yeri yaradılması ilə bağlı araşdırma başlandı - FOTO

Qanunsuz parkinq hansı qurum tərəfindən yaradılıb?

Paylaş:
599

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər