Qanunsuz ağac kəsənlər barəsində cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ağac kəsənlər barəsində cinayət işi başlanıldı

Qafar Ağayev11:40 - 13 / 06 / 2022
Qanunsuz ağac kəsənlər barəsində cinayət işi başlanıldı

Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.

Paylaş:
271

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər