Bakıda bəzi marşrut xətlərinin hərəkət intervallarında gecikmələr var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bəzi marşrut xətlərinin hərəkət intervallarında gecikmələr var

Qafar Ağayev14:57 - 20 / 06 / 2022
Bakıda bəzi marşrut xətlərinin hərəkət intervallarında gecikmələr var

Hazırda Bakıda bir sıra müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında gecikmə var.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsinin Novruzov qardaşları küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 61,83,6,13 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında 18-20 dəqiqə gecikmə müşahidə olunur.

Ümumilikdə həmin ərazidə 14 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir, məlumatda deyilir.

Paylaş:
268

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər