“Formula-1” bitsə də təmiri tamamlanmayan Murtuza Muxtarov və Giləzi küçələrindən - FOTOREPORTAJ

Bir müddət əvvəl, Paytaxtın Yasamal rayonunda Bəsti Bağırova küçəsi və ona paralel olan Məhəmməd Naxçıvani küçəsində təmir-bərpa işləri yekunlaşsa da həmin küçələrə birləşən Murtuza Muxtarov və Giləzi küçəsində görülən işlərin 3 aydan çoxdur bitmədiyi ilə bağlı saytımızda yazı çıxmışdı.
Bununla bağlı saytımıza açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də “Həmin küçələrdə təmir-tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində məhdud məsuliyyətli cəmiyyətimiz aparır. Həmin cəmiyyətlə işlərin aparılması ilə bağlı müqavilə imzalanıb. Hazırda həmin məhdud məsuliyyətli cəmiyyətimiz “Formula-1” yarışları ilə əlaqədar olaraq təmir-bərpa işlərinin həyata keçirilməsinə cəlb olunub. Yaxın günlər ərzində işlər yekunlaşan kimi yenidən Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi çərçivəsində ərazidə aparılan təmir-tikinti işləri davam etdiriləcək” vurğulamışdı.
Bu açıqlamanın üzərindən 1 aydan çox vaxt keçsə də, “Formula-1” yarışları bitsə də hələ də Murtuza Muxtarov və Giləzi küçəsinin tamamlanması istiqamətində işlər görülmür. Bu da ərazidə yaşayan sakinlərin və küçədən istifadə edənlərin ciddi narazılığına səbəb olur.
1news.az-ın fotoqrafı bu gün həmin küçələrin yeni görüntülərini çəkib.
Həmin fotoları təqdim edirik:
Foto: Nadir İbrahimli
Həmçinin oxuyun: Murtuza Muxtarov və Giləzi küçələrində yarımçıq qalan təmir-bərpa işlərini BNA nə zaman bitirəcək? – AÇIQLAMA - FOTO

















