Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür

12:02 - 29 / 06 / 2022
Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür

Bu gün günorta saatlarında Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə 1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ilk qrupa 180 zəvvar daxildir.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

1news.az

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər