Prezidentin Ramana sakini ilə maraqlı dialoqu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin Ramana sakini ilə maraqlı dialoqu - VİDEO

Qafar Ağayev17:05 - 06 / 07 / 2022
Prezidentin Ramana sakini ilə maraqlı dialoqu - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

1news.az xəbər verir ki, görüşdə Prezidentin qəsəbə sakini ilə maraqlı dialoqu baş tutub.

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.

Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.

Prezident İlham Əliyev: Çiyələkdir?

Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı.

Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.

Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.

Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər