İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb

Qafar Ağayev10:40 - 14 / 07 / 2022
İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “BRAVO” marketlər şəbəkəsinin 28 Mall, 20 Yanvar, Koroğlu və Gənclik filiallarından toplanmış ümumilikdə 58 kq işlənmiş batareya təhvil alınaraq "Təhlükəli Tullantılar" MMC-yə verilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, layihə insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyalarının toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədi daşıyır.

"İlk 9 toplanma qutusu “BRAVO” marketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində marketin müxtəlif filiallarında yerləşdirilib. Hazırda “Araz”, “Neptun”, “Rahat” marketlərdə də qutular yerləşdirilərək məntəqələrin sayı 40-a çatdırılıb. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır”.

S.Məmmədovanın sözlərinə görə, müxtəlif dövlət qurumlarında, nazirlik və dövlət komitələrində də bu cür qutular yerləşdirilərək layihəyə dəstək verilir.

“Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.

Xatırladaq ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilib.

Paylaş:
479

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər