Azərbaycanda tülküyə işgəncə verilməsinin görüntüləri yayıldı, DİN dərhal hərəkətə keçdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tülküyə işgəncə verilməsinin görüntüləri yayıldı, DİN dərhal hərəkətə keçdi - VİDEO

16:30 - 25 / 07 / 2022
Azərbaycanda tülküyə işgəncə verilməsinin görüntüləri yayıldı, DİN dərhal hərəkətə keçdi - VİDEO

Sosial şəbəkələrdə tülkünün işgəncə ilə öldürülməsinin görüntüləri yayılıb.

1news.az xəbər verir ki, videodan da göründüyü kimi, bir neçə nəfər tülkü balası tutublar. Onlardan biri bellə var gücü ilə tülkünün başına vurur.

Hadisənin Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində baş verdiyi güman olunur.

Heyvana qarşı bu cür dəhşətli əməl sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Onlar hadisəni törədən şəxslərin dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

1news.az

Paylaş:
1457

Son xəbərlər

Bütün xəbərlər