Polisin qanunu tələbinə əməl etməyən sürücü həbs olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisin qanunu tələbinə əməl etməyən sürücü həbs olundu

10:31 - 09 / 08 / 2022
Polisin qanunu tələbinə əməl etməyən sürücü həbs olundu

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib.

Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə stasionar postda yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

1news.az

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər