Yunan-Roma güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yunan-Roma güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

15:26 - 12 / 08 / 2022
Yunan-Roma güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

1news.az-ın məlumatına görə, o, Qırğızıstan idmançısı Bek Konurbayevə 9:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan güləşçiləri Rafiq Hüseynov və Taleh Məmmədov İslamiada yarışının növbəti mərhələsinə, Rafiq Hüseynov və Eldəniz Əzizov isə yarımfinala yüksəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

1news.az

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər