31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlara müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlara müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

11:42 - 20 / 08 / 2022
31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlara müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

1news.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır. Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.

Başqa sözlə, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət edilmədən Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunacaq. Birdəfəlik müavinətin təyin olunmasına dair bildiriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə bu Əsasnamə nəzərə alınmaqla sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) göndəriləcək. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət bu Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə veriləcək.

Qeyd edək ki, uşağın anadan olmasına görə müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. İndiyə qədər uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilib və müraciət müddəti məhdudlaşdırılmayıb. Dəyişikliyə əsasən, 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə veriləcək.

1news.az

Paylaş:
331

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər