Balıq körpələri təbii su hövzələrinə buraxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Qafar Ağayev11:15 - 02 / 09 / 2022
Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə 2022-ci ilin sentyabr ayının ikinci yarısından başlayaraq müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva 1news.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən ağ amur, çəki, qalınalın körpələrinin Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

“Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması, ümumilikdə ekosistemin qorunması baxımından olduqca əhəmiyyətlidir və tərəfimizdən bu işlər hər il yerinə yetirilir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar balıq körpələrini ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr, ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür".

A.Babayeva ölkədə fəaliyyət göstərən balıqyetişdirmə müəssisələrini də bu aksiyalarda iştiraka dəvət edib.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər