Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO

11:23 - 06 / 09 / 2022
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO

Azərbaycanda mina aşkarlayan robot hazırlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, “İmprotex İndustries” şirkəti tərəfindən hazırlanan mina aşkarlayan robot “ADEX” sərgisində nümayiş etdirilir.

Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə sınaqdan keçirilib, mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.

1news.az

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər