Paytaxt üzrə 14 000-ə yaxın valideyn elektron kabinet yaradıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt üzrə 14 000-ə yaxın valideyn elektron kabinet yaradıb

Qafar Ağayev15:46 - 08 / 09 / 2022
Paytaxt üzrə 14 000-ə yaxın valideyn elektron kabinet yaradıb

Sentyabrın 8-nə (saat 15:30) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 13 704 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 14 965 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən start verilib.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qeydiyyat sisteminin işi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Paylaş:
236

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər