“Whatsapp”da onlayn lotereya adı ilə minlərlə insanı aldadan dələduzlar həbs edilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Whatsapp”da onlayn lotereya adı ilə minlərlə insanı aldadan dələduzlar həbs edilib - FOTO - VİDEO

Qafar Ağayev15:02 - 12 / 09 / 2022
“Whatsapp”da onlayn lotereya adı ilə minlərlə insanı aldadan dələduzlar həbs edilib - FOTO - VİDEO

“Whatsapp” qrupları yaradaraq onlayn lotereya keçirmək adı altından minlərlə insanı aldadan dələduzlar həbs ediliblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, son aylar “Whatsapp” ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı a

Paylaş:
483

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər