Hövsanda 1 yaşlı övladını öldürməkdə şübhəli bilinən qadın tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda 1 yaşlı övladını öldürməkdə şübhəli bilinən qadın tutuldu

Qafar Ağayev10:20 - 12 / 09 / 2022
Hövsanda 1 yaşlı övladını öldürməkdə şübhəli bilinən qadın tutuldu

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər