“Bakıda istismar müddəti bitmiş mənzillər 2 dəfə baha satılır” – Ekspert mənzil bazarındakı vəziyyətdən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakıda istismar müddəti bitmiş mənzillər 2 dəfə baha satılır” – Ekspert mənzil bazarındakı vəziyyətdən danışdı

Ayşən İsmayılova12:49 - 20 / 09 / 2022
“Bakıda istismar müddəti bitmiş mənzillər 2 dəfə baha satılır” – Ekspert mənzil bazarındakı vəziyyətdən danışdı

Artıq sentyabr ayının sonlarına yaxınlaşırıq. Mənzil bazarında yay boyu davam edən durğunluqdan sonra yenidən canlanma müşahidə edilməyə başlanıb. Bəs mənzil bazarında hazırki durum nə yerdədir? Qiymətlər əvvəlki aylarla müqayisədə necədir? Daha çox həyət evlərinə tələbat var, yoxsa bina evlərinə?

1news.az sualları əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevə ünvanlayıb. Ekspertin sözlərinə görə hazırda ən çox aktivlik Xırdalan ərazisindədir.

"Çünki bu ərazilərdə əmlakların qiyməti daha ucuzdur. Bakının mərkəzə yaxın hər hansı ərazisində bir mənzil satan vətəndaş Xırdalan şəhəri, Masazır və digər ərazilərdə istər fərdi həyət evi, istərsədə də yeni tipli binalardan iki, hətta üç ev ala bilir. Bu baxımdan həmin ərazilərdə aktivlik daim olub və hazırda da çoxdur. Çünki paytaxt ərazisində qiymətlər kəskin artan xətt üzrə gedir. Mərkəzdə qiymətlər baha olduğu üçün insanlar kənar yerlərə üz tuturlar.

Hər il ənənəvi olaraq yay aylarında əmlak bazarında sakitlik olur. Həmin vaxtlar daha çox kirayə bağ evləri bazarı aktiv olur. Sentyabrdan başlayaraq artıq daşınmaz əmlak bazarında aktivlik başlayır. Paytaxt ərazisində satılan mənzillərin böyük hissəsi kredit yolu ilə satılan mənzillərdir. Yəni üstünlük daha çox nağd yox, kreditlə satılan mənzillərə verilir. Bu tip layihələr sürətləndiyinə görə belə mənzilləri almaq insanlar üçün əlçatan olur”.

Elnur Fərzəliyev həmçinin istismar müddətini tamamlamış binalardakı mənzillərlə yeni tikililərdəki mənzillərin qiymətlərindən də danışıb:
“Ümumən götürsək, bu gün Bakıda istismar müddətini bitirmiş minlərlə yaşayış binaları var. Məsələyə dünya təcrübəsindən yanaşsaq, istismar müddətini bitirmiş qəzalı binaların bazar qiyməti normal qiymətlərdən 2 dəfə aşağı olur. Məsələn, Elmlər Akademiyası metrosu ətrafında ikiotaqlı “xruşovka” layihəli mənzilin satış qiyməti təxminən 90-100 min manatdır. Lakin bu binalar artıq istismar müddətini bitirib və qiyməti 40-45 min manat olmalıdır. Qiymətlər 2 dəfədən çox bahadır. Bunun əsas səbəblərindən biri də odur ki, həmin binalar sökülür, yerinə yeni tikili binalardan mənzil təklif edilir və vətəndaşın mənzilinin qiyməti daha çox olur. Köhnə binalar kreditlə satıla bilmir, yalnız nağd yolla satılır. Baha olsa da, bu cür binalardakı mənzillərə tələbat var. Yeni tikililərə də təlabat var, amma qiymətlər çox qalxıb. Bu həm də pandemiya, həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra həmin yerlərdən gətirilən tikinti materiallarının qiymətinin artması ilə əlaqəli oldu. Yəni paytaxt ərazisindəki mənzillərin qiymətində istər təbii, istərsə də süni yolla artım var. Hər ay müxtəlif səbəblərdən qiymətlərdə cüzi də olsa, artım olur. Amma bu çox ola bilməz. Qiymət artsa da, alıcı qüvvəsi olmadıqdan sonra tikinti şirkətləri binaları tikib sata bilməyəcək və yaxud tikinti yarımçıq qalacaq”.

Ekspertin sözlərinə görə insanlar bina evləri ilə müqayisədə daha çox həyət evlərində yaşamağa üstünlük verirlər:

“Ümumi mənzərəyə baxsaq, artıq Bakı şəhəri ilə Sumqayıt şəhəri fərdi həyət evləri ilə birləşib. Yəni Bakı Xırdalanla, Xırdalan Masazır, Masazır Ceyranbatan və Ceyranbatan Sumqayıtla. Təkcə Bakı-Abşeronda 500 mindən çox fərdi həyət evləri var. Bu onu deməyə əsas verir ki, fərdi həyət evlərinə tələbat daha çoxdur. Abşeron, Xırdalan və ya Bakı ətrafı ərazilərdə həyət evlərinin qiyməti ucuzdur. Bu gün hər hansı bir metrostansiyanın yaxınlığında köhnətikili binadakı birotaqlı, 30 m²-lik mənzilin qiyməti 60 mindən bahadır. Amma 60 minə Binəqədi ərazisində normal şəraitli, kiçik həyəti olan bir həyət evi almaq olar. Nisbətən geniş ailələr kənarlara üz tutur. Çünki hər kəs çalışır ki, ucuz və genişə getsin.

Pandemiyaya qədərki dövrdə bağ evlərinin qiymətləri kəskin artmışdı. Bu süni artım idi. Daha sonra qiymət artımı dayandı və bağ evlərinin qiyməti enməyə başladı. Əslində bu qiymət enməsi deyildi, evlərin real bazar qiymətinə gəlib çıxması idi. Dəyəri 300 min manat olan bağ evini 500-600 min manata satılırdı. Bu evlərin də yetərincə alıcıları olurdu. Həmin ərazilərdəki qiymətlərdə əvvəlki illərə nisbətən enmələr var. Lakin Bakının mərkəzindəki həyət evlərinin qiyməti düşmür.

Təxminən 4-5 il əvvəl Bakıda daha çox tikinti işləri gedirdi, lakin indi barmaqla sayılacaq qədərdir. Bu da onu deməyə əsas verir ki, əvvəlki qədər alıcı kütləsi yoxdur”.

Ayşən İsmayılova

Paylaş:
685

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər