Epoint.az ödəniş platforması – Azərbaycanda elektron kommersiya sahəsində novatorçu irəliləyiş
Müasir texnologiyalar dünyanın hər yerində olduğu kimi Azərbaycanda da biznesin aparılması qaydalarını əsaslı şəkildə dəyişərək, biznesin sürətlə inkişaf edən yeni növünü – elektron kommersiyanı ön plana çıxardı.
Bu gün məhz o, müasir dövrün ən vacib texnologiyalarından biridir və Global Innovations şirkətinin Visa şirkəti və beynəlxalq auditor şirkəti BDO ilə əməkdaşlığa əsasən yaratdığı Epoint.az platforması sayəsində ölkəmizin sahibkarları üçün daha əlçatan olmuşdur.
Epoint.az – Azərbaycanın kiçik və orta sahibkarları üçün rəqəmsal ödənişlər aqreqatoru və elektron kommersiya platformasıdır. Onun köməyi ilə heç bir əlavə xərc, texniki bilik və köməkçi texniki və əməliyyat resursları tələb etmədən sahibkarlara bank kartları üzrə ödənişlərin qəbulu sistemi təklif edilir. Epoint.az platformasını seçməklə siz təhlükəsizliyinizdən əmin ola bilərsiniz – platforma yerli və xarici bankların kartları ilə ödənişlərin təhlükəsiz qəbulunu təmin edir (Full 3D emitent və akvayer).
Rəqəmsal ödənişlər sənayesinin qlobal lideri, hər il 200-dən artıq ölkə və ərazidə istehlakçılar, işgüzar dairələr, maliyyə və dövlət təşkilatları arasında əməliyyatlara yardım edən Visa Epoint.az platformasının rəsmi tərəfdaşıdır. Epoint.az ilə Visa-nın tərəfdaşlığı çərçivəsində sahibkarlara növbəti təkliflər və imkanlar təqdim edilir
- platformaya pulsuz qoşulma
- Azərbaycanın istənilən bankından Visa Business və Visa Platinum Business kartının pulsuz alınması
- sistemə qoşulduqdan sonra birinci ay müddətində bütün onlayn satışlardan 0% komissiya haqqının tutulması.
Xatırladaq ki, Visa-nın məqsədi novatorçu, rahat, etibarlı və təhlükəsiz ödəniş şəbəkəsinin köməyi ilə dünyanı birləşdirməklə, istehlakçıların rifahına və biznes və iqtisadiyyatın çiçəklənməsinə yardım etməkdir: “Əminik ki, iqtisadiyyatda hamı üçün istifadənin genişləndirilməsi dünyanın hər tərəfində insanların rifahının yüksəlməsinə yardım edir və gələcəkdə pulların qlobal hərəkəti üçün əsas olacaq”.
Epoint.az-dan novatorçu yenilik
Azərbaycanda ilk dəfə olaraq məhz Epoint.az internet və mobil platformalarına pul alıcılarının arasında ödənişləri bir-birindən ayırmağa imkan verir. Global Innovations şirkətinin təsisçisi və prezidenti Zeynal Kərimzadə deyir ki, bu novatorçu fikir iTicket.AZ ödəniş sistemlərinin və Qarabağ Dirçəliş Fondunun müzakirəsi prosesində yaranmışdır.
“Bizim qarşımıza alıcını iki dəfə ödəniş etməyə məcbur etmədən biletlərin alınması zamanı xeyriyyəçi ianələri mümkün etmək tapşırığı qoyulmuşdu. Belə funksiyaların yaradılması prosesini komanda ilə hərtərəfli müzakirə etdik və iki həftə ərzində onu yaratdıq. Texnologiya artıq iTicket.AZ saytında tətbiq edilmişdir və hər bir bilet alan şəxs azad edilmiş ərazilərin bərpasına istədiyi məbləğdə pul ianə edə bilər” - deyə Z. Kərimzadə fikrin həyata keçirilməsində etdikləri yardım və Epoint.az şirkətinə göstərdikləri etibar üçün iTicket.AZ və Qarabağ Dirçəliş Fonduna təşəkkürünü bildirir.
Yuxarıda qeyd edilmiş texnologiyanın uğurlu tətbiqindən sonra Epoint.az şirkəti Azərbaycan bazarında biznesin problemlərini hərtərəfli təhlil etməyə başlayaraq, digər bizneslər üçün də ayrılmış ödənişlərin yaradılması haqqında düşünməyə başladı.
“Biz diqqəti əsas çətinliklərə yönəldərək aşkar etdik ki, kuryer, taksi, malların daşınması, klirinq xidmətləri və s. kimi xidmətləri təqdim edən şirkətlərin əksəriyyəti kart ödənişlərini qəbul etmir. Bu, şirkətlər və xidmətləri həyata keçirən şəxslər arasında vəsaitlərin bölünməsi prosesinin mürəkkəbliyi ilə əlaqədar baş verir. Şirkətlərin əksəriyyəti icraçılarla xidmət müqaviləsi əsasında işləyir və onların əməkdaşı deyil. Bununla da icraçılar əməliyyat işlərinin böyük həcmi ilə əlaqədar şirkətlərdən uzun müddət vəsait alırlar” - Zeynal Kərimzadə davam edir.
Global Innovations şirkətinin təsisçisi və prezidenti qeyd edir ki, Azərbaycanda nağdsız ödənişlərin sayının artmasına baxmayaraq, son zamanlar xidmət haqqını kartla ödəmək istəyən şəxslər taksi sifarişi zamanı problemlə üzləşirlər: “Mən özüm bir neçə dəfə yağış altında qalmışam, çünki ödənişi kartla etməyə hazırlaşdığım üçün taksi sürücüsü son anda sifarişdən imtina etmişdir. Bu, bizim hər birimizi, xüsusilə nağdsız ödənişlərin artması sahəsində işləyən şəxsləri məyus edir, ona görə də, biz bu fikri sona qədər işlədik və ilkin ödəniş zamanı vəsaitlərin universal paylanma mexanizmini yaratdıq”.
Ayrılmış ödənişin qoşulması zamanı müştəridən xidmətin məbləği silinir, vəsaiti isə Epoint.az iştirakçılarının bir neçəsi ala bilər – əməliyyatın həyata keçirilməsi zamanı məbləğ alıcının göstərdiyi nisbətlərdə bölünür, nəticədə hər tərəf öz haqqını biznes kartına alır.
“Bunun nəticəsində taksi sürücüsü öz pullarını həmin anda öz kartına alacaq və öz ehtiyacları üçün istifadə edə biləcək” - Z. Kərimzadə deyir və bu texnologiyanın Azərbaycanın hər bir sakininin həyatını yaxşılaşdıracağına ümid edərək, qeyd edir ki, Epoint.az ölkəyə fayda vermənin yeni üsullarını axtaracaq.
Qeyd edək ki, ödənişlərin bölünməsi funksiyası “marketpleys” (alış-veriş yeri), internet mağaza, xidmət aqreqatorları kimi bizneslər və iş prosesində iki və ya daha artıq pul alıcısının iştirak etdiyi digər sistemlər üçün də maraqlı ola bilər.
*Epoint.az – 2022-ci ilin may ayında Teknofest aerokosmik və texnoloji festivalın çərçivəsində keçirilmiş Takeoff beynəlxalq startaplar müsabiqəsinin qalibləri arasında yeganə Azərbaycan layihəsidir. Müsabiqədə Epoint.az Amerika şirkətindən sonra ikinci yeri tutdu.
*Global Innovations – AR İqtisadiyyat Nazirliyindən “Startap Sertifikatı” almış birinci FinTech şirkətdir. Bu, onu növbəti üç il ərzində mənfəət vergisini ödəmək öhdəliyindən azad etmişdir.
Platforma haqqında sizi maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə telefonu vasitəsilə əldə edə bilərsiniz: +99470-242-99-66.
Rəsmi sayt - https://epoint.az
Elektron poçtun ünvanı - [email protected]
Epoint.az sosial şəbəkələrdə – Facebook, Instagram, Linkedin
Reklam hüququnda