Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı...”

10:42 - 04 / 10 / 2022
Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı...”

“II Qarabağ müharibəsinin ən əhəmiyyətli günlərindən biri də 4 oktyabr tarixidir. 2020-ci ilin məhz bu günü, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin elə birinci həftəsində şəhər və rayon mərkəzi azad edildi".

Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq deyib: “Ermənistan ordusu 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində indiyədək misli görünməmiş vəhşiliklər, vandalizm əməlləri törətmişlər. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra böyük dağıntılara məruz qalıb. İşğal zamanı 52000 nəfər əhalisi olan Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğala qədər rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı vəhşicəsinə dağıdılıb. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmış, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. Yerli sakinlər isə dədə-baba yurdlarından didərgin salınaraq ölkənin 58 rayonunda çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış, məcburi köçkün statusunda yaşamağa məcbur olmuşlar. İşğal nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.”

K.Qafarov Cəbrayıl şəhərinin azad olunmasının Vətən müharibəsinin sonrakı gedişinə təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Deputat bildirib ki, Cəbrayıl əməliyyatı ordumuzun 44 günlük Zəfər yürüşündə atdığı ilk addım olub: “Cəbrayılın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə təsir baxımından çox önəmli hadisə idi. Bu tarixi qələbədən düz bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Təbii ki, bu qələbələr şanlı ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu və bundan sonra o vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu.”

Millət vəkili qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə qazanıb: “Əslində Cəbrayıl uğrunda döyüşlər, faktiki olaraq, Vətən müharibəsindən dörd il əvvəl başlamışdı. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş və Azərbaycan Ordusu Cocuq Mərcanlı kəndini tam nəzarəti altına almışdı. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Məhz bu qələbə nəticəsində Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Nəhayət, ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb. Buna görə də 2016-cı ilin Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı tarixi qələbəsi kimi qeyd olunur”.

1news.az

Paylaş:
264

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər