Bakıda maşından külli miqdarda oğurluq edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda maşından külli miqdarda oğurluq edildi

12:23 - 08 / 10 / 2022
Bakıda maşından külli miqdarda oğurluq edildi

Bakıda maşından oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31 500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər