4-cü mərtəbədən yıxılan şəxsi FHN əməkdaşları xilas etdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

4-cü mərtəbədən yıxılan şəxsi FHN əməkdaşları xilas etdi - FOTO - VİDEO

Qafar Ağayev12:01 - 25 / 11 / 2022
4-cü mərtəbədən yıxılan şəxsi FHN əməkdaşları xilas etdi - FOTO - VİDEO

Sumqayıt sakini eyvandan yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər