“Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq - Səfirlik açıqlama yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq - Səfirlik açıqlama yaydı

16:39 - 30 / 11 / 2022
“Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq - Səfirlik açıqlama yaydı

Bakıda “Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq.

1news.az xəbər verir ki, bu haqda Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlik filmin səhv anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldiklərini açıqlayıb:

“Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir, bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”.

Qeyd edək ki, iki gün öncə Almaniyanın Bakıdakı səfirliyi Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə sözügedən filmin Azərbaycanda nümayiş olunacağı barədə məlumat yaymışdı. Həmçinin qeyd olunub ki, kinoteatrlar filmin nümayişini təxirə saldığı üçün film Aİ Film Festivalında göstərilə bilməyib. Filmin 5 dekabr 2022-ci il bazar ertəsi saat 19:00-da Landmark lll kinoteatr zalında nümayişi nəzərdə tutulurdu.

Xatırladaq ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.

Paylaş:
666

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər