Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

09:32 - 12 / 12 / 2022
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon Prokurorluğundan 1news.az-a verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub.

Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

1news.az

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər