Faktiki hava açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava açıqlandı

11:16 - 30 / 12 / 2022
Faktiki hava açıqlandı

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinidən 1news.az-a verilən xəbərə görə, dekabrın 30-na olan məlumatına əsasən 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qaxda, Şahdağda 2 sm, Altıağacda 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.

Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 01-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Paylaş:
278

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər