Ekofəalların aksiyası dünya mətbuatında - “Çıxışa doğru”da MÜZAKİRƏ

Dünya mətbuatında azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı yazılar dərc olunur.
Azərbaycanlı ekofəalların erməni oliqarxların Laçın yolunun istismarını və Qarabağdakı qanunsuz hərbi birləşmələrə Ermənistandan texnikanın daşınmasının dayandırılmasını tələb edən aksiyaları davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 36 günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər...
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Ekofəalların aksiyası dünya mətbuatında" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Əvəz Rüstəmov - Azərbaycan Mətbuat Şurasının icraçı katibi, Azər Həsrət - Mətbuat Şurası idarə heyətinin üzvü, əməkdar jurnalist, Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutunun sədri və Mübariz Əhmədov - Bakı Slavyan Universitetinin dosenti, müstəqil jurnalist, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: