Zaqatalada 15 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 15 otaqlı ev yanıb

17:14 - 21 / 01 / 2023
Zaqatalada 15 otaqlı ev yanıb

Zaqatalada ikimərtəbəli 15 otaqdan ibarət fərdi yaşayış evi yanıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayon Muğanlı kəndində kənd sakini İbrahim Həsən oğlu İbrahimova məxsus, ümumi sahəsi 480 kv.m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
295

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər