Ağdaşda narkotik satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda narkotik satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Qafar Ağayev13:25 - 24 / 01 / 2023
Ağdaşda narkotik satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Ağdaşda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini - Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev tutulub.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
457

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər