Sülhməramlılara aid 2 avtomobil Laçın yolundan keçib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sülhməramlılara aid 2 avtomobil Laçın yolundan keçib - FOTO

14:00 - 18 / 02 / 2023
Sülhməramlılara aid 2 avtomobil Laçın yolundan keçib - FOTO

Bu gün Rusiya sülhməramlılarına məxsus 2 avtomobil Laçın yolundan keçib.

1news.az Trend-ə istinadən xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. 1 minik və 1 yük maşını Xankəndi istiqamətinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 69 gündür davam edir.

Paylaş:
389

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər