Minalardan təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Minalardan təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib

15:38 - 20 / 02 / 2023
Minalardan təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib

Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər