Eldar Qasımov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Qasımov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub - FOTO

15:37 - 04 / 03 / 2023
Eldar Qasımov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub - FOTO

“Avroviziya-2011” Mahnı Müsabiqəsinin qalibi, Avroviziya-2023 Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Musiqiçi Mərkəzin musiqi studiyasında benefisiarlarla birlikdə canlı ifa edib, əl işləri ilə tanış olub. Eldar Qasımov tanışlıq zamanı müxtəlif yaradıcılıq studiyalarında təlim prosesində iştirak edib, əl işlərinin hazırlanmasında benefisiarlara köməklik göstərib. Avroviziya qalibi dulusçuluq, bədii oyma və xalçaçılıq sahələrində qabiliyyətini sınayıb.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər