XİN: Beynəlxalq tərəfdaşlar Ermənistan terroruna biganə qalmamalıdır | 1news.az | Xəbərlər
Rəsmi

XİN: Beynəlxalq tərəfdaşlar Ermənistan terroruna biganə qalmamalıdır

15:43 - 09 / 03 / 2023
XİN: Beynəlxalq tərəfdaşlar Ermənistan terroruna biganə qalmamalıdır

Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, bu gün Azərbaycanın mülki şəxsi minanın partlaması nəticəsində ağır yaralanıb, nəticədə 2020-ci il müharibəsinin əvvəlindən ölən və yaralananların sayı 284-ə yüksəlib.

“Beynəlxalq tərəfdaşlar Ermənistan terroruna biganə qalmamalıdır!”, - məlumatda vurğulanır.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər