Astarada üzərində xəsarətlər olan qadın meyiti tapılıb

Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.
333