Ağdamda işğal dövründəki tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda işğal dövründəki tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq

Qafar Ağayev15:56 - 15 / 03 / 2023
Ağdamda işğal dövründəki tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq

Ağdam şəhərindəki konfrans mərkəzində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən (UNEP) Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış hesabatının təqdimatı təşkil edilib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Qeyd edilib ki, ETSN-in təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə qiymətləndirmə səfəri həyata keçirilib.

Ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması üçün Şuşa şəhəri və Ağdam rayonu ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.

Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq dövlət qurumlarının nümayəndələri, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəlikləri, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, “Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, həmçinin tikinti sahəsində təcrübəyə malik yerli şirkət nümayəndələri iştirak edib.

Tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma və bərpa işləri, tikinti-söküntü tullantılarının miqdarı və təkrar emal imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi həyata keçirilib, bu təcrübədən istifadə edərək işğaldan azad edilmiş digər ərazilərdə də analoji fəaliyyətin planlaşdırılması qərara alınıb.

Paylaş:
273

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər