Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

12:45 - 20 / 03 / 2023
Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Bu barədə 1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 38,8 kilometr olmaqla, 3 xətt üzrə 26 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.

Paylaş:
515

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər