Naxçıvanda Nəriman Nərimanovun abidəsi sökülüb? - İcra hakimiyyətindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda Nəriman Nərimanovun abidəsi sökülüb? - İcra hakimiyyətindən AÇIQLAMA

Qafar Ağayev10:26 - 03 / 04 / 2023
Naxçıvanda Nəriman Nərimanovun abidəsi sökülüb? - İcra hakimiyyətindən AÇIQLAMA

"Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

1news.az NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında N.Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

"Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq.

Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır", - İcra Hakimiyyətindən bildirilib.

Paylaş:
517

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər