Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib - YENİLƏNİB

Baş Prokurorluq Ağdamda insana bənzər sümüklərin tapılması faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
09:04
Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.
Araşdırma aparılır.
759