Nazirlik Prezidentin Sərəncamı ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Rəsmi

Nazirlik Prezidentin Sərəncamı ilə bağlı məlumat yayıb

11:52 - 10 / 04 / 2023
Nazirlik Prezidentin Sərəncamı ilə bağlı məlumat yayıb

Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamın 1-ci hissəsində “ildə” sözü “və 2023-cü illərdə” sözləri ilə əvəz edilib.

1news.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin 2022-ci illə bərabər, həmçinin 2023-cü ildə də formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur.

Qeyd olunan tədbirlərə həmin kateqoriyalara aid vətəndaşların mənzil və fərdi evlə, reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi daxildir.

Məlumat üçün bildirək ki, dövlət başçısının 2021-ci il 18 may tarixli Fərmanı ilə dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Fərmanda dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.

Paylaş:
422

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər